...

Belarus peyki Azərbaycanın yerüstü idarəetmə mərkəzi vasitəsilə idarə olunacaq

Telekommunikasiya Materials 19 İyun 2014 11:00 (UTC +04:00)
Belarusun "Belintersat" peyk operatoru peykin ehtiyat idarəetmə mərkəzi kimi “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin ehtiyatlarından istifadə etməkdə maraqlıdır.
Belarus peyki Azərbaycanın yerüstü idarəetmə mərkəzi vasitəsilə idarə olunacaq

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

Belarusun "Belintersat" peyk operatoru peykin ehtiyat idarəetmə mərkəzi kimi "Azərkosmos" ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin ehtiyatlarından istifadə etməkdə maraqlıdır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatında deyilir.

"Belintersat" rəhbərliyi "Azərkosmos" ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin işi, onun infrastrukturu, iş prinsipləri ilə tanış olub. Danışıqların gedişində tərəflər kosmik sənaye sahəsində əməkdaşlıq məsələlərinə toxunublar.

Belarusun peyk rabitəsi sistemi özünün "Belarus Sat-1/Belintersat-1" rabitə peyki bazasında qurulacaq. "Belarus Sat-1/Belintersat-1" telekommunikasiya xidmətlərinin (peyk TV və radio yayım, internetə genişzolaqlı çıxış və s.) geniş spektrinin təqdim edəcək.

Hazırda "Belarus Sat-1/Belintersat-1" peykinin yerüstü idarəetmə kompleksinin tikintisi aparılır və işlərin onun buraxılacağı tarixdə (2015-ci ilin ortalarında) tamamlanması planlaşdırılır.

Belintersat" tərəfindən Çinin "Great Wall Industrial Corporation" şirkətinə sifariş edilən "Belintersat-1" peykinin 2015-ci ildə 51,5° Şərq uzunluğu orbital mövqeyinə buraxılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti