...

Ən sürətli mobil internet Azercell-də

Telekommunikasiya Materials 24 İyul 2014 14:06
"Ookla" indeksinə əsasən, Azercell-in interneti ölkənin mobil operatorları arasında ən sürətlidir.
Ən sürətli mobil internet Azercell-də

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Mobil internetin keyfiyyətini təsdiqləyən əsas göstəricilərdən biri sürətdir.

Dünyada mobil internetin sürətini ən dəqiq ölçən sistem - "Ookla Net Index" göstəricisinə əsasən, Azercell-in təqdim etdiyi mobil internet Azərbaycanın mobil operatorları arasında ən sürətlisidir.

Belə ki, sistem ölçmələrinə əsasən "Azercell" hazırda saniyədə 6,12 MB sürətli interneti təqdim edir. Bu, ölkədə digər operatorlara nisbətən ən yüksək göstəricidir."

Ookla" şirkəti internetə qoşulma sürətini ölçən ən nüfuzlu sistemlərdən birinə sahibdir. Burada hər gün 5 milyon sınaq testləri aparılır. ABŞ-da yerləşən bu qurum tərəfindən dünya üzrə 2500-dən çox serveri əhatə edən sistem qurulub. Hazırda "Ookla" sürət testlərinin nəticələri dünyada ən dəqiq və etimadlı sayılır.

Xatırladaq ki, "Ookla Net Index" göstəricisinə əsasən, ötən il də 5.5 MB/ps nəticə ilə məhz "Azercell" ən yüksək sürətli internet təminatçısı kimi tanınmışdı. Sınaqlar zamanı Azərbaycandan 300 minə yaxın unikal IP adres testdən keçirilir.

Onu da qeyd etmək yerinə düşər ki, Azercell-in təqdim etdiyi mobil internet Azərbaycanda təqdim olunan "fixed broadband", yəni sabit genişzolaqlı İnternetə yaxın səviyyədədir. Bu səviyyəli internetdən istifadə edənlər kabel əvəzinə radiosiqnallardan yararlanırlar. Əminliklə demək olar ki, Azərbaycanda ən sürətli, keyfiyyətli və həmçinin ən sərfəli İnternet "Azercell Telekom" MMC tərəfindən təqdim olunur. Hazırda abunəçilər üçün istənilən qiymət və istənilən həcmdə İnternet paketləri mövcuddur. Azercell-lilər gündəlik, həftəlik və aylıq 3G, həmçinin 4G paketləri ala bilirlər. "Azercell" müştəriləri hətta işlətdikləri trafikə uyğun İnternet paketi də sifariş edə bilirlər.

Bundan əlavə, "Azercell Telekom" MMC mütəmadi olaraq mobil internet istifadəçiləri üçün endirimli kampaniyalar və sərfli xidmətlər təklif edir. Onların arasında "Həftəsonu pulsuz internet", 10GB=10AZN, 50MB=0.25 qəpik və digərləri var.

Hazırda Azercell-in hər iki abunəçisindən biri fəal mobil internet istifadəçisidir və 2013-cü illə müqayisədə iki dəfə çox mobil internet istifadə edir.

"Azercell" indi nəinki telefondan, ümumiyyətlə müxtəlif cihazlardan sürətli internetə çıxışı təmin edir. Şirkət yalnız Azərbaycan deyil, bütün regionda belə ilk dəfə olaraq 4G texnologiyasını müştərilərin kommersiya istifadəsinə təqdim edib. Ötən ilin sonuna mövcud olan 6 minə yaxın baza stansiyasından 300-ü məhz Bakı və Abşeron yarımadasını əhatə edən LTE (4G) şəbəkəsinə xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti