...

Azərbaycanda elektron ticarət dövriyyəsinin həcmi il ərzində 7 faiz artıb

Telekommunikasiya Materials 9 Sentyabr 2014 15:57 (UTC +04:00)
2014-cü ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 13,6 milyard manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz çox əmtəə satılıb.
Azərbaycanda elektron ticarət dövriyyəsinin həcmi il ərzində 7 faiz artıb

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

2014-cü ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 13,6 milyard manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz çox əmtəə satılıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, istehlak mallarının 50,3 faizini qida məhsulları, içkilər və tütün məmulatları, 49,7 faizini qeyri-ərzaq malları təşkil edib, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 3,4 faiz bəndi artıb.

Cari ilin səkkiz ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-avqust aylarına nisbətən 6,9 faiz artaraq 1,7 milyon manat təşkil edib.

Əhali real vaxt rejimində sifariş verdikləri istehlak mallarının 78,4 faizini hüquqi, 21,6 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən almışdır.

Elektron ticarət dövriyyəsinin 88,9 faizini qeyri-ərzaq malları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti