...

Azərbaycan əhalisi getdikcə onlayn alış-verişə üstünlük verir

Telekommunikasiya Materials 10 Noyabr 2014 13:31 (UTC +04:00)
2014-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 17,5 milyard manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz çox əmtəə satılıb.
Azərbaycan əhalisi getdikcə onlayn alış-verişə üstünlük verir

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

2014-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 17,5 milyard manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz çox əmtəə satılıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, satılmış istehlak mallarının 50,0 faizini qeyri-ərzaq malları təşkil edib və xüsusi çəkisi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz bəndi artıb.

Cari ilin on ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-oktyabr aylarına nisbətən 2,5 dəfə artaraq 5,1 milyon manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdikləri istehlak mallarının 91,6 faizini hüquqi şəxslərin, 8,4 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 95,0 faizini qeyri-ərzaq malları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti