...

Azərbaycanda bankomat və ödəniş terminallarının axtarışı sadələşdirilib

Telekommunikasiya Materials 27 Noyabr 2014 12:01 (UTC +04:00)
Azərbaycanın “Start Group” şirkəti respublikada bankomatlar barədə məlumat bazasına malik “Bankomatic" mobil əlavəsini təqdim edib.
Azərbaycanda bankomat və ödəniş terminallarının axtarışı sadələşdirilib

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın "Start Group" şirkəti respublikada bankomatlar barədə məlumat bazasına malik "Bankomatic" mobil əlavəsini təqdim edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, əlavə xəritədə bütün bankların bankomatlarına baxmağa, eləcə də menyuda təkcə təyin ediləni seçməyə imkan verir.

Mobil əlavə İOS əməliyyat sistemlərinin idarəetməsi altında çalışan qurğular üçün funksionaldır və itunes.apple.com/az/app/id914006613 ünvanı üzrə App Store əlavələr mağazasından ələ etmək mümkündür.

Yaxın vaxtlarda mobil əlavəyə MilliÖN ödəniş terminallarının yerləşdikləri yeri dəqiq təyin etməyə imkan verən funksiyalar əlavə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti