...

Nar Mobile yüksək sürətli interneti təklif edir

Telekommunikasiya Materials 19 Mart 2015 12:26 (UTC +04:00)
Artıq bütün abunəçilər 42.2 Mbps sürətədək yükləmələr apara biləcəklər
Nar Mobile yüksək sürətli interneti təklif edir

Azərbaycan, Bakı, 19 mart /Trend/

Azərbaycanın ən sürətlə inkişaf edən mobil operatoru "Nar Mobile" uzun illər ərzində müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmişdir. 2015-ci il martın 18-dən etibarən isə mobil operator bütün abunəçilərinə yüksək sürətli interneti təklif edir. Yeni xidmət yükləmənin maksimal sürətini 42.2 Mbps çatdıraraq, bütün cari internet paketlərində, eləcə də adi trafik üzrə istifadə ediləcək. Qeyd etmək lazımdır ki, bu xidmətdən istifadə etmək üçün nə xüsusi qeydiyyat, nə də telefonun ayarlanması tələb olunur. Bu fürsətdən yararlanmaq üçün abunəçi birbaşa "Dual Carrier" texnologiyasını dəstəkliyən cihazdan ("Apple", "HTC", "Huawei", "Nokia", "Samsung", "Sony Хperia" və s. smartfon, planşet və digər "3G DC-HSPA+" texnologiyasını dəstəkləyən cihaz) istifadə etməlidir.

"Nar Mobile" mobil operatoru olaraq, biz daim təkmilləşən şəbəkə, çox sərfəli tariflər və nəzərə çarpan müştəri qayğısı ilə abunəçilərimizin ehtiyaclarını ödəmək siyasətinə sadiqik.

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru "Nar Mobile" 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində "Nar Mobile" daima sərfəli qiymət siyasətinə sadiq qalaraq, müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflər təqdim etmiş və onların rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun fərqliliyi və sərfəliliyi ilə seçilən İnternet paketləri və abunəçilərin hər zona üzrə eyni qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. "Nar Mobile" Bakı 2015 Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti