Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir Hüseyn Vəliyev/
Azərbaycan mobil rabitə operatoru "Azerfon" (Nar Mobile ticarət nişanı) öz yeni loqosunun təqdim edib.
Trend-in məlumatına görə, yeni loqo şirkətin innovasiya stilini əks etdirir. Şirkət həmçinin "Gəlin birlikdə böyüyək" adlı yeni sloqan seçib.
Rebrendinq mərasimi münasibətilə Nar Mobile lazer şousu keçirib.