...

“Elektron hökumət” portalında ən çox istifadə olunan e-xidmətlərdən 5-i RYTN-nin payına düşüb

Telekommunikasiya Materials 10 İyul 2015 14:11 (UTC +04:00)
İyun ayında “Elektron hökumət” portalında ən çox istifadə olunan elektron xidmətlərdən 5-i Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin payına düşüb.
“Elektron hökumət” portalında ən çox istifadə olunan e-xidmətlərdən 5-i RYTN-nin payına düşüb

Azərbaycan, Bakı, 10 iyul /Trend/

İyun ayında "Elektron hökumət" portalında ən çox istifadə olunan elektron xidmətlərdən 5-i Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin payına düşüb. Trend bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən məlumat verir.

Nazirliyin ən çox müraciət edilən e-xidmətləri "Telefon nömrəsi üzrə axtarış", "Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi", "Mobil cihazların qeydiyyatdan keçirilməsi", "Mobil cihazların IMEI qeydiyyatının yoxlanılması" və "Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi" xidmətləri olub.

İstifadəçilər adı çəkilən xidmətlərdən müvafiq olaraq 65102, 41778, 29179, 29016 və 20931 dəfə istifadə ediblər. Ümumilikdə 186006 istifadə sayı qeydə alınıb.

Hazırda "Elektron hökumət" portalına Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 35 elektron xidməti inteqrasiya olunub. RYTN-in öz internet səhifəsində 26 elektron xidmət yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti