...

Azərbaycan internetdən istifadə mümkünlüyü üzrə orta dünya səviyyəsini təqribən 2 dəfə qabaqlayır

Telekommunikasiya Materials 15 İyul 2015 14:02 (UTC +04:00)
Azərbaycan internetdən istifadə mümkünlüyü üzrə orta dünya səviyyəsini 1,8 dəfə qabaqlayır.
Azərbaycan internetdən istifadə mümkünlüyü üzrə orta dünya səviyyəsini təqribən 2 dəfə qabaqlayır

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycan internetdən istifadə mümkünlüyü üzrə orta dünya səviyyəsini 1,8 dəfə qabaqlayır. Trend-in məlumatına görə, bunu Azərbaycan Marketinq Cəmiyyətinin İdarə heyətinin sədri Nigar Hüseynzadə "Azərbaycanda İKT-nin istifadəsi sahəsində vəziyyətin faktiki qiymətləndirilməsi" mövzusunda araşdırmanın nəticələrinin təqdimatı çərçivəsində deyib.

Onun sözlərinə əsasən, araşdırmanın yekunları respondentlərin sorğusunun nəticələri üzrə əldə edilib: "Sorğu zamanı 7 182 nəfərin rəyi soruşulub, ev təsərrüfatları isə təsadüfi seçim əsasında müəyyənləşib".

N.Hüseynzadə qeyd edib ki, araşdırmanın nəticələrinə əsasən, ölkədə ev təsərrüfatlarının 69 faizi kompüterlərlə təmin edilib və hər 100 nəfərə orta hesabla 28 kompüter düşür: "Bununla belə, respondentlərin 30 faizə yaxını yarım il ərzində kompüter əldə etməyi planlaşdırır".

O vurğulayıb ki, Azərbaycanda hər 100 nəfərə 72 internet istifadəçisi düşür: "Azərbaycan bu göstərici üzrə orta dünya səviyyəsini 1,8 dəfə qabaqlayır. Ev təsərrüfatlarının 71 faizinin internetə çıxışı var, istifadəçilərin 84 faizi isə genişzolaqlı rabitə vasitələrinin köməyilə ev və mobil telefonlar vasitəsilə internetə qoşulub".

N.Hüseynzadə əlavə edib ki, Azərbaycanda İKT sektorunun çox yüksək dinamik inkişafı var və bu sahədə böyük potensial formalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti