...

Valideynlər övladlarının məktəbdə davamiyyəti barədə SMS-bildiriş xidmətinə endirim əldə edəcəklər

Telekommunikasiya Materials 14 Avqust 2015 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir Hüseyn Vəliyev/

Orta məktəb şagirdlərinin valideynlərinə uşaqların davamiyyəti barədə SMS-bildiriş xidməti çərçivəsində əlavə üstünlüklər təqdim olunacaq.

Bu barədə Trend-ə "Elektron gündəlik" layihəsinin texniki işlərini yerinə yetirən "Mobile Solutions&Marketing Technologies" şirkətindən məlumat verilib.

Yenilik ondan ibarət olacaq ki, iki və daha çox övladı üçün xidmətə qoşulan valideynlər cari tarifə əlavə endirimlər əldə edəcəklər.

Qeyd edək ki, xidmətin aylıq abunə haqqı 4,72 manatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti