...

Ailə TV-nin arxivi (FOTO)

Telekommunikasiya Materials 21 Yanvar 2016 14:43 (UTC +04:00)
“Mən televizora baxmıram” – yəqinki bu kəlməni eşitməyən insan artıq qalmayıb. Əksəriyyət televiziya izləməyi minimuma endirib lakin səbəb o deyil ki, televiziyada baxamağa heçnə yoxdur.
Ailə TV-nin arxivi  (FOTO)

Bakı. Trend:

Ailə TV-nin arxivi. İcmal

"Mən televizora baxmıram" - yəqinki bu kəlməni eşitməyən insan artıq qalmayıb. Əksəriyyət televiziya izləməyi minimuma endirib lakin səbəb o deyil ki, televiziyada baxamağa heçnə yoxdur. Sadəcə olaraq indiyənədək televiziyanın vaxtdan asılı olması, istədiyiniz verilişi, filmi və ya serialı vaxtında izləyə bilməməyimizə gətirib çıxarırdı. Əlbəttə ki, müasir həyatımız günü-gündən dinamik olur və biz hər gün müxtəlif işlərlə daha çox məşğul oluruq. Bu da ona gətirib çıxarır ki, televiziya izləməyə o qədər də çox vaxt qalmır, Sizə uyğun olan vaxtda isə Sizə lazım olan verilişi izləməyiniz yaxın keçmişədək mümkün deyildi.

Lakin müasir texnologiyaların inkişafı, televiziyadan da yan keçmir. Əvvəllər biz müxtəlif verilişlərin proqramına baxırdıq, və vaxtlarını öyrənirdik ki, həmin vaxt ona baxaq, məsələn hər cümə axşamı saat 22:00-da Kurtlar Vadisi serialını canlı izləyirdik. Bəzən isə sevdiyimiz iki veriliş eyni vaxtda yayımlanırdı, və biz seçim etməli olurduq.

Artıq o günlər keçmişdə qaldı, indi biz istədiyimiz verilişi, istədiyimiz vaxt izləyə bilərik. Bunun üçün sadəcə televizor ekranında əks olunan elektron proqramda lazım olan verilişi seçib rahat izləyə bilərik. Məsələn belə bir imkanı bizə Ailə TV təqdim edir. Ailə TV-nin IPTV xidmətinə qoşulan Ailə TV Player cihazlarının sahibi hazırda yayımlanan 200 TV kanaldan 40-nın 3 günlük təkrarına baxa bilərlər.

Bunlar əsasən idman, serial və milli TV kanallardır.

Ailə TV-də TV kanalların arxivinin izləməsinin icmalını sizə təqdim etmək istərdik.

İlk öncə Ailə TV Player cihazı televizora qoşulur, internet vasitəsilə kanallar yüklənir və pultda OK düyməsini basdığınız halda kanalların siyahısı və proqramı aşağıdakı qaydada görsənir:

Göründüyü kimi, ekranın sol tərəfində kanalların siyahısı, sağ tərəfində isə seçilən kanalın proqramı təqdim olunur.

Hər kanalın qarşısındakı Play/Pause işarəsi isə həmin TV kanalda verilişlərin təkrar izlənməsi imkanının olması deməkdir.

Beləliklə, biz məsələn İctimai TV seçirik və sağda proqrama keçərək bizə lazım olan vaxtda lazım olan verilişi seçirik, aşağıdakı şəkildəki kimi:

Məsələn, şəkildə saat 14:00-da gedən - Bədii film. Səhra gəmisi filmi seçilir.

Bundan sonra həmin filmin təkrarına baxa bilərik. Eləcə də, filmi irəli, geriyə çəkə ya da pause rejimində saxlaya da bilərik. Bunun üçün pultdakı müvafiq düymələri basmağımız tələb olunur. Aşağıdakı şəkildəki kimi:

Ailə TV Player cihazının qiyməti 50 AZN təşkil edir. Cihaz kabelsiz və antennsiz, dünyanın internet olan istənilən yerində 200-dək telekanalı izləmək imkanı yaradır.

Hal-hazırda kampaniya şərtlərinə əsasən, cihazı əldə edən hər kəs, ilk 3 ay bütün xidmətlərdən pulsuz istifadə edə bilər, növbəti aylar üçün abunə haqqı 10 AZN təşkil edəcək.

Fevral ayının 1-dən, Ailə TV Player cihazının qiyməti bahalaşaraq, 59 AZN olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti