...

Azərbaycan internetdə müəllif hüquqlarının tənzimlənməsi üzrə layihəni tətbiq edir

Telekommunikasiya Materials 24 Aprel 2016 14:45 (UTC +04:00)
Müəllif Hüquqları Agentliyi yaxın vaxtlarda internet şəbəkəsində müəllif hüquqlarının tənzimlənməsi üzrə pilot layihəni tətbiq edəcək.
Azərbaycan internetdə müəllif hüquqlarının tənzimlənməsi üzrə layihəni tətbiq edir

Bakı. Hüseyn Vəliyev - Trend:

Müəllif Hüquqları Agentliyi yaxın vaxtlarda internet şəbəkəsində müəllif hüquqlarının tənzimlənməsi üzrə pilot layihəni tətbiq edəcək.

Bu barədə Trend-ə agentlikdən bildiriblər. AzNET şəbəkəsində monitorinq keçirməyə imkan verən proqram təminatı azərbaycanlı mütəxəssilərin qüvvəsi ilə hazırlanıb. Layihə "Azerin" şirkəti ilə birgə reallaşdırılacaq.

Agentliyin hazırladığı mexanizm "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanuna və sonrakı normativ-hüquq aktlarına söykənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti