...

Rabitə operatorları gücləndirilmiş rejimə keçirlər

Telekommunikasiya Materials 27 May 2016 17:37 (UTC +04:00)
"Formula-1" Avropa Qran-prisinin keçiriləcəyi dövrdə rabitə şəbəkələrinin fasiləsiz işini təmin etmək üçün operatorların telekommunikasiya qovşaqları gücləndirilmiş rejimdə işləyəcək.
Rabitə operatorları gücləndirilmiş rejimə keçirlər

Bakı. Hüseyn Vəliyev - Trend:

Bakıda "Formula-1" Avropa Qran-prisinin keçiriləcəyi dövrdə rabitə şəbəkələrinin fasiləsiz işini təmin etmək üçün operatorların telekommunikasiya qovşaqları gücləndirilmiş rejimdə işləyəcək.

Bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur bölmələrinə bütün torpaq və tikinti-montaj işlərini dayandırmaq, təhülkəsizlik xidmətini gücləndirmək və mümkün problemlərin operativ aradan qaldırılması üçün qəza briqadalarını hazırlıq vəziyyətinə gətirmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti