...

"Elektron imza" sertifikatlarının sayı 10582-yə çatıb

Telekommunikasiya Materials 14 İyul 2017 17:05 (UTC +04:00)
Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən cari ilin 6 ayı ərzində istifadəyə verilmiş “Elektron imza” sertifikatlarının sayı 10582-yə çatıb.
"Elektron imza" sertifikatlarının sayı 10582-yə çatıb

Bakı. Trend:

Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən cari ilin 6 ayı ərzində istifadəyə verilmiş “Elektron imza” sertifikatlarının sayı 10582-yə çatıb.

Bu barədə Trend-ə Məlumat Hesablama Mərkəzindən məlumat verilib.

Onlardan dövlət qurumlarının payına 3.440, fiziki şəxslərin payına 2.582, hüquqi şəxslərin payına isə 4.560 “Elektron imza” sertifikatı düşür. Son bir ayda istifadəyə verilmiş “Elektron imza” sertifikatlarının sayı isə 3 minə yaxın olub. Yəni, 2017-ci ilin təkcə iyun ayında verilən 2736 “Elektron imza” sertifikatının 534-ü dövlət qurumlarının, 622-si hüquqi şəxslərin, 1580-i isə fiziki şəxslərin payına düşür.

“Elektron imza” sertifikatlarının istifadəyə verildiyi gündən cari ilin 1 iyul tarixinədək olan statistikaya əsasən, dövlət qurumları üzrə 69.422, fiziki şəxslər üzrə 19.792, hüquqi şəxslər üzrə isə 21.584 olmaqla, ümumilikdə 110.798 “Elektron imza” sertifikatı istifadəyə verilib.

Bundan əlavə, məntiqi olaraq elektron imza vasitəsilə həyata keçirilmiş əməliyyatların sayı da artmaqda davam edir. Belə ki, bu günə qədər dövlət qurumları tərəfindən toplam 18.858.500, hüquqi və fiziki şəxslər üzrə toplam 4.777.203 olmaqla, ümumilikdə 23.635.703 autentifikasiya və elektron imza əməliyyatı aparılıb. 2017-ci ilin ilk 6 ayı ərzində isə aparılan əməliyyatların ümumi sayı 5.782.910 olmuşdur ki, bu da ümumi aparılmış əməliyyatların təqribən 24.47%-i deməkdir. Onlardan dövlət qurumlarının payına toplam olaraq 4.062.106, hüquqi və fiziki şəxslərin payına isə toplam 1.720.804 autentifikasiya və elektron imza əməliyyatı düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti