...

Şəmkir, Tovuz və Tatlı stansıyalarının baş yolları əsaslı təmir olunur (FOTO)

Telekommunikasiya Materials 17 Aprel 2018 11:30 (UTC +04:00)
Aprelin 17-də Şəmkir, Tovuz və Tatlı stansıyalarının baş yollarının əsaslı təmirinə başlanılıb.
Şəmkir, Tovuz və Tatlı stansıyalarının baş yolları əsaslı təmir olunur (FOTO)

Bakı. Trend:

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Trend-ə verilən məlumata görə, aprelin 17-də Şəmkir, Tovuz və Tatlı stansıyalarının baş yollarının əsaslı təmirinə başlanılıb. Ümumilikdə 3,3 dəmir yolu təmir olunacaq. Təmir işləri 4 gün davam edəcək.

Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiyanın “MORAVİA STEEL” şirkətləri arasında “Dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.

Qeyd edək ki, yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 519 km dəmir yolu əsaslı təmir olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti