...

“Azercell Telekom” MMC-dən enerji fasiləsi ilə bağlı açıqlama

Telekommunikasiya Materials 3 İyul 2018 14:52 (UTC +04:00)
“Azercell Telekom”MMC-yə aid stansiyaların enerji təminatında və müvafiq olaraq rabitə xidmətlərində yaranmış müvəqqəti çətinliklərin aradan qaldırılması üçün şirkət gücləndirilmiş iş rejimində çalışıb.
“Azercell Telekom” MMC-dən enerji fasiləsi ilə bağlı açıqlama

Bakı. Trend:

3 İyul 2018-ci il tarixində, gecə saat 00:20 radələrində ölkə üzrə elektrik enerjisinin təminatında yaranmış kəsinti ilə əlaqədar respublikanın əksər bölgələrində “Azercell Telekom” MMC-yə aid stansiyaların enerji təminatında və müvafiq olaraq rabitə xidmətlərində yaranmış müvəqqəti çətinliklərin aradan qaldırılması üçün şirkət gücləndirilmiş iş rejimində çalışıb.

“Azercell Telekom” MMC-dən Trend-ə verilən məlumata görə, müstəqil generatorlar vasitəsilə şirkətin əsas ofisləri, Telefon Mərkəzi və Məlimat Mərkəzinin, eləcədə bir sıra saytların kəsintisiz fəaliyyəti dərhal bərpa edilib, digər saytların bərpası üçün isə yeni daşınan generatorlar yerlərə göndərilib.

Hal-hazırda kəskin isti hava şəraitinə baxmayaraq, Azercell abunəçilərinin bütün ölkə boyu keyfiyyətli mobil rabitə xidmətləri ilə təmin edilməsinə dair zəruri tədbirlərin görülməsi davam etdirilir.

Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevirdəki “Azərbaycan” İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb və nəticədə Bakının, eləcə də ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanmışdı.

Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyasına hadisənin baş verməsi səbəblərini araşdırmaq və bu barədə Azərbaycan Prezidentini məlumatlandırmaq, qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirmək və həyata keçirmək, görülmüş işlər haqqında dövlət başçısına mütəmadi məlumat vermək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti