Bakı. Trend:
"Media Consulting and Services" media monitorinq qrupu 01-31 mart 2019-cu il dövrü üzrə məlumatların hesabatına yekun vurub.
Trend-in məlumatına görə, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.
Qeyd edək ki, şirkətin media monitorinq qrupu 12 televiziya kanalı, 13 radio dalğası, 55 çap və 600 online media daxil olmaqla 680-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 22 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.
Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı hallanan qurumların ilk beşliyini təqdim edirik:
Mobil rabitə
Azercell 1728
Bakcell 1217
Nar mobile 1090
Bank sektoru
ABB 1193
Kapital Bank 796
Paşa Bank 553
Accessbank 534
Bank Respublika 496
Sığorta sektoru
PAŞA 169
AXA MBASK 104
Azsıgorta 101
PAŞA Həyat 74
Bakı 68
Ali məktəblər
BDU 2111
ADU 1069
BANM 958
UNEC 902
ADA 798
Hotel
Landmark 218
Hilton 168
JW Marriott Absheron 120
Hyatt Regency 45
Excelsior 40