...

"YouTube"un işində qüsurlar yaranıb

Telekommunikasiya Materials 10 Aprel 2019 14:01 (UTC +04:00)

Bakı. Trend:

Bir sıra ölkələrdə "YouTube" videoportalının işində qüsurlar yaranıb.

Trend-in məlumatına görə, istifadəçilərin 64 faizi videoların işində qüsurların olduğunu deyib.

Bundan başqa, istifadəçilərin 22 faizi saytın düzgün işləmədəyini, 13 faizi isə hesablarına daxil ola bilmədiklərini deyib.

Videoportalın işində qüsurlar Rusiya, Ukrayna, Fransa, Almaniya, Böyük Britaniya, Yaponiya və digər ölkələrdə müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti