Bakı. Trend:
ABŞ-ın “Microsoft” şirkəti iyunun 24-də “Windows” əməliyyat sisteminin yeni versiyasını təqdim edəcək.
Trend-in məlumatına görə, bu barədə şirkətin icraçı direktoru Satya Nadella tərəfindən imzalanmış təqdimat mərasiminin dəvətnamələrində qeyd olunub.
Bildirilir ki, yeni proqramın dizaynı yenilənəcək və təminat fərdi kompüterlər üçün əməliyyat sistemləri sahəsində onilliyin “ən əhəmiyyətli” dəyişikliklərindən birini özündə əks etdirəcək.
Proqram əvvəlcə “Windows” insayderlərə – təqdimatdan sonra proqram testində iştirak etmək üçün müraciət edəcək insanlara paylanılacaq. Yeni versiyanın bu ilin payızında bazara çıxacağı qeyd edilir.