...

ROSEKSİMBANK Azərbaycanda İKT və nəqliyyat layihələrini maliyyələşdirməyə hazırdır

Telekommunikasiya Materials 17 Noyabr 2021 11:22 (UTC +04:00)
ROSEKSİMBANK Azərbaycanda İKT və nəqliyyat layihələrini maliyyələşdirməyə hazırdır

Bakı. Trend:

ROSEKSİMBANK Səhmdar cəmiyyəti İKT və nəqliyyat sahəsində layihələrin reallaşdırılması üçün zəruri maliyyələşdirmə təqdim etməyə hazırdır.

Trend-in məlumatına görə, bunu şirkətin İdarə heyətinin sədri Azər Talıbov bu gün Bakıda "Ağıllı şəhər" infrastrukturunun inkişafı sahəsində Rusiya şirkətlərinin işgüzar missiyası zamanı deyib.

"Biz görürük ki, Azərbaycan bazarında nəqliyyat vasitələrinə tələbat sürətlə artır. Biz həm də ölkədə İKT sahəsinin inkişafının zərurətini görürük. Bu layihələr vətəndaşların həyatlarını asanlaşdırmaq məqsədi daşıyır və bizim Azərbaycana səfərimiz bununla bağlıdır. Rusiya şirkətləri bu sahədə böyük təcrübəyə malikdir və burada işləməyə hazırdır", - deyə A.Talıbov bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti