...

Azərbaycan dünyada genişzolaqlı internetə görə ucuz abunə ödənişləri siyahısında ilk 25-liyə daxildir

Telekommunikasiya Materials 14 Aprel 2022 14:54 (UTC +04:00)
Azərbaycan dünyada genişzolaqlı internetə görə ucuz abunə ödənişləri siyahısında ilk 25-liyə daxildir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan genişzolaqlı internetə görə ucuz aylıq abunə ödənişləri siyahısında dünya ölkələri arasında ilk 25-liyə daxildir.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın "cable.co.uk" analitika saytının reytinqində deyilir.

Qeyd olunur ki, Azərbaycanda genişzolaqlı internetin ortalama aylıq ödənişi 15 dollara (25,5 manat) bərabərdir. Bu göstəriciyə görə Azərbaycan 220 ölkə arasında 22-ci yerdə qərarlaşıb.

Saytın məlumatlarına görə, MDB regionu genişzolaqlı internet istifadəsinə görə ən ucuz regionlardan biridir.

Region ölkələri arasında Belarusda genişzolaqlı internetin orta aylıq qiyməti 7,39 dollar (12,56 manat), Ukraynada 7,4 dollar (12,58 manat), Rusiyada 8,07 dollara (13,72 manat), Tacikistanda 15,38 dollar (26,15 manat), Türkmənistanda 46,28 dollar (78,68 manat).

Qeyd edək ki, dünyada ən bahalı internet Burundidə (429,95 dollar, 730,9 manat), Syerra-Leonedə (316,69 dollar, 538,38 manat), Bruneydə (258,42 dollar, 439,3 manat) qeydə alınıb.

Genişzolaqlı internetin ən ucuz orta aylıq qiymətləri isə Suriyada (2,15 dollar, 3,65 manat), Sudanda (4,8 dollar, 8,16 manat), Belarusda (7,39 dollar, 12,56 manat) qeydə alınıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti