...

Azərbaycan kosmik sənayeni inkişaf etdirməyə çalışır - Kristian Feyhtinqer

Telekommunikasiya Materials 6 Dekabr 2022 15:31 (UTC +04:00)
Azərbaycan kosmik sənayeni inkişaf etdirməyə çalışır - Kristian Feyhtinqer
Aygün Məhərrəmova
Aygün Məhərrəmova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan kosmik sənayeni inkişaf etdirmək arzusunu nümayiş etdirir.

Bunu çərşənbə axşamı Trend-ə Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Feyhtinqer deyib.

Onun sözlərinə görə, son illər Azərbaycan kosmik sənayedə heyrətamiz irəliləyişlər əldə edib.

Feyhtinqer vurğulayıb ki, ölkənin artıq üç kosmik peyki var və telekommunikasiya sektoru regionda çox önəmlidir: “Gələn il Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi Azərbaycan kosmik sənayesinin inkişafında növbəti mühüm addımdır”.

Federasiyanın icraçı direktoru onu da qeyd edib ki, müxtəlif ölkələrin diplomatik nümayəndəlikləri ilə təmaslar zamanı gələn il Bakıda keçiriləcək və ölkələrin iştirak edəcəyi Beynəlxalq Astronavtika Konqresi barədə məlumatlar verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti