Bakı. Trend:
Ötən ilin əvvəlindən bu ilin yanvarın 1-dək Azərbaycana 1,7 milyard ABŞ dolları dəyərində yüksək texnologiyalar məhsulları idxal edilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ilin dekabrın 1-i vəziyyətinə olan göstəricilərlə müqayisədə 202,5 milyon ABŞ dolları və ya 14% çoxdur.
Hesabat dövründə yüksək texnologiyalar məhsulları idxalı ölkənin ümumi idxalının 8,14%-ni təşkil edib.
Eyni zamanda bu ilin yanvarın 1-nə Azərbaycandan 183,8 milyon ABŞ dolları dəyərində yüksək texnologiyalar məhsulları ixrac olunub ki, bu da 2024-cü ilin dekabrın 1-nə olan göstəricilərə nisbətən 3,8 milyon ABŞ dolları və ya 2,1% çoxdur.