...

"myGov" istifadəçilərinin sayı 2 milyonu ötüb

Telekommunikasiya Materials 2 Fevral 2026 10:16 (UTC +04:00)
"myGov" istifadəçilərinin sayı 2 milyonu ötüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il "myGov" platforması vasitəsilə vətəndaşlara 400-dən çox elektron xidmət təqdim olunub. Bu il isə artıq platformaya 18 yeni rəqəmsal xidmət, 32 yeni rəqəmsal sənəd əlavə olunub.

Trend xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov bu gün rəhbərlik etdiyi qurumun illik fəaliyyətinə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən il platformanın istifadəçi əhatəliliyi kifayət qədər genişlənib:

"2025-ci ildə "myGov" platformasına 1 milyondan çox yeni istifadəçi qoşulub. Platformanın ümumi istifadəçi sayı isə 2,3 dəfə artaraq 2 milyonu keçib. Artıq demək olar ki, "myGov" platformasında aktiv şəkildə ayda bir dəfə əməliyyat aparan istifadəçilərin sayı 1 milyonun üzərindədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti