...

"mygov ID" istifadəçilərinin sayı 5 milyonu ötüb

Telekommunikasiya Materials 2 Fevral 2026 10:22 (UTC +04:00)
"mygov ID" istifadəçilərinin sayı 5 milyonu ötüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə "mygov ID" istifadəçilərinin sayı əvvəlki illə müqayisədə 19% artaraq 5 milyonu ötüb.

Trend xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov bu gün rəhbərlik etdiyi qurumun illik fəaliyyətinə dair mətbuat konfransında deyib.

Onun sözlərin görə, tranzaksiyaların sayı isə 2024-cü illə müqayisədə 29% artaraq ötən il 101,1 milyona çatıb. Platformaya inteqrasiya olunan informasiya sistemlərinin sayı isə ötən il 67% artaraq 274 olub.

""mygov ID" platforması bütün əsas informasiya resurslarını və sistemlərini inteqrasiya edib. Müvafiq qanunvericilik tələblərinə uyğun olaraq platforma mərkəzləşdirilmiş formada aidiyyəti dövlət və informasiya sistemlərinə inteqrasiya olunur. Ötən il 100-dən çox yeni dövlət və özəl informasiya sistemi "mygov ID" platformasına inteqrasiya edilib", - o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti