...

Yaxın aylarda “mygov biznes” sahibkarların istifadəsi üçün təqdim ediləcək - Rəşad Nəbiyev

Telekommunikasiya Materials 11 Fevral 2026 20:56 (UTC +04:00)
Yaxın aylarda “mygov biznes” sahibkarların istifadəsi üçün təqdim ediləcək - Rəşad Nəbiyev
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın aylarda “mygov biznes” sahibkarların istifadəsi üçün təqdim ediləcək.

Trend xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə deyib.

“Biz “mygov”u vətəndaş və dövlət-vətəndaş münasibətlərində necə görürüksə, eyni yanaşmanı da dövlət və biznesə münasibətdə sərgiləməkdəyik. Artıq bunun qanunvericilik bazası var və “mygov biznes” yaxın aylarda bizim biznesin istifadəsi üçün təqdim ediləcək. Həmin layihəni biz “EPAM” şirkəti ilə bir yerdə həyata keçiririk və burada onların qarşısında qoyduğumuz tələb ondan ibarətdir ki, bizim onlara şərti olaraq verdiyimiz 100 dollar müqabilində onlar yerli podratı xarici 100 dollara uyğunlaşdıraraq Azərbaycana gətirirlər. Bizim əməkdaşlarımız burada işlədikləri layihələrlə yanaşı, eyni zamanda, xaricdə olan layihələrdə də işləyib təcrübə qazanırlar. Buradan çıxışımızı biz necə görürük? Əgər burada çalışan təxminən 1000 nəfər və yaxud 2000 nəfər adamdan 5-i, 10-u gedib startap yaratsa və o startap uğurlu olsa, istənilən bir sahədə bu, faktiki olaraq, bizim sonda hədəflədiyimiz, həmin o 100 milyonun bir milyarda və yaxud bir neçə milyarda çatdırılması istiqamətində atılmış əsas addımlardan biri olacaq.”, – deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti