...

2006-cı ildə Azərbaycanın Rabitə nazirliyi 152 mln manat dəyərində xidmət göstərməyi planlaşdırır

Telekommunikasiya Materials 21 Fevral 2006 14:06 (UTC +04:00)

2006-cı ildə Azərbaycanın Rabitə və informasiya texnologiyaları nazirliyi əhaliyə və müəssisələrə rabitə sahəsində 152 mln manat dəyərində xidmət göstərməyi planlaşdırır. Trend in xəbər verdiyi kimi, bu barədə nazirliyin maliyyə, uçot və iqtisadi analiz şöbəsinin müdiri Rəşad Nəbiyev məlumat verib.

Onun sözlərinə görə, dövlət büdcəsinə və Sosial Müdafiə Fonduna 26,3 mln və 8,1 mln manat vəsaitin köçürulməsi proqnozlaşdırılır. 2006-cı ildə dövlət strukturunun rabitə sahəsinə 25 mln manat sərmayə qoyacağı nəzərdə tutulur.

Texniki işlərə gəldikdə, nazirliyin nümayəndəsi qeyd edib ki, 2006-cı ildə rabitə nazirliyi 461/462/463, 466/467, 468/469/460 saylı ATS-in yenidən qurulmasını həyata keçirmək, Bakı şəhər telefon şəbəkəsində 121 768 telefon nömrələrini istismara vermək,48.5 km uzunluğunda Sabirabad-Saatlı-İmişli və 25 km uzunluğunda Bərdə-Tərtər fibrooptik magistralı çəkmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti