...

Bakı Telefon Rabitəsi İP-TV xidmətini tətbiq edib

Telekommunikasiya Materials 3 İyul 2006 16:51 (UTC +04:00)

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) NGN texnologiyası üzrə 598, 510 EATS-lərin, həmçinin 564/465, 66/67 ATS-lərinin abunəçilərinə İP-TV xidmətləri göstərməyə başlayıb. Bu barədə Trend ə İB-dən xəbər veriblər.

İlkin olaraq, xidmətlər Bakıda tətbiq olunub, gələcəkdə isə, bu xidmətin ölkə bölgələrində tətbiqi mümkündür.

İP-TV - kabel və sputnik televiziya kanalları üzrə 40-ə yaxın televiziya proqramının yayımıdır.

İP-TV-nin tətbiqi yeni NGN (Next Generation Network) texnologiyası hesabına həyata keçirilir. Bu texnologiya üzrə işlər Çinin Huawei şirkəti tərəfindən yerinə yetirilib.

Xəbər lenti

Xəbər lenti