...

Azərbaycan RRƏ görüşündə iştirak edib

Telekommunikasiya Materials 27 Dekabr 2006 16:50 (UTC +04:00)

Rusiyanın Rabitə və informasiya texnologiyaları nazirliyində Rabitə sahəsində Regional Əməkdaşlıq (RRƏ) və Poçt və Rabitə İdarəsi Avropa Konfransı (CEPT- European Conference of Postal and Telecommunications Administrations) nümayəndələri ilə 2007-ci ilin radiorabitəsi ümumdünya konfransı məsələləri üzrə koordinasiya görüşü keçirilib.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend ə verilən xəbərə görə, görüşdə Rabitə nazirliyinin beynəlxalq əlaqələr və qeyri-hökümət təşkilatları ilə iş üzrə şöbənin aparıcı məsləhətçisi Toğrul Qafarbəyli iştirak edib.

Görüş RRƏ komissiyasının radiotezlik spektrindən istifadənin tənzimlənməsi, televiziya və səsli radioavadanlıqları, sputnik əlaqəsi, məsələləri üzrə 21-27-ci birgə iclasının qərarı əsasında və RRƏ və CEPT arasında əməkdaşlıq çərçivəsində keçirilib.

Yığıncağın işində Azərbaycanla yanaşı Belarusun, Rusiyanın, Özbəkistanın,Ukraynanın və Ermənistanın nümayəndələri iştirak edib. SEPT-dən isə Böyük Britaniyanın, Almaniyanın, Hollandiyanın, Finlandiyanın, Fransanın və İsveçrənin nümayəndələri iştirak edib.

Müşavirədə tərəflər BKP-07 hazırlığı üzrə öz şuralarının fəaliyyəti barədə qısa məlumatlarla bölüşüblər. Həmçinin keçirilən konfransda bu regional şuraların mövqeyini formalaşdıran, müvəqqəti yaradılmış və ya daimi fəaliyyət gösətərən RRƏ və CEPT işçi orqanlarının işinə də diqqət yetirilib. Tərəflər konfransın gündəliyində olan bir neçə vacib məsələlər barədə- İMT-200-in inkişafı; 30B Radio Reqlamentinin tətbiqinə dəyişikliklər; hava teleidarəsi və telemetriya üçün spektrərin istifadəsi;108 MQs və6 QQ stezliklər arasındakı sahə zolağında hava səyyar xidməti üçün əlavə spektrin paylanması; 30 MQs tezliyindən aşağı zolağın bölüşüdürülməsi;radioastronomiyanın müdafiəsi və s.- öz fikirlərini söyləyiblər.

Görüş iştirakçıları keçirilən konfransda seçki postlarına namizədlər və strüuktur barədə, Beynəlxalq Elektrorabitə Şurası radiorabitə bölməsinin tədqiqat komissiyası strukturuna mümkün dəyişikliklər barədə fikirlərini bölüşüblər. Bundan əlavə, gələcək BKP-nin gündəyliyinin formalaşdırılmasına bəzi müdaxilələr də müzakirə olunub.

Tərəflər RRƏ və CEPT-in mövqe kordinasiyası məqsədilə 2007-ci ilin mayında ikinci görüşün keçirilməsinin məqsədəuyğunluğu barədə razılığa gəlib.

Xəbər lenti

Xəbər lenti