...

Azərbaycanda 3Com-un nümayəndəliyi açılacaq

Telekommunikasiya Materials 27 Fevral 2007 20:17 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend S.Babayeva/3Com şirkəti Azərbaycanda nümayəndəlik açmaq niyyətindədir. Bu barədə 3Com-un Azərbaycandakı rəsmi partnyoru olan Caspel şirkətindən məlumat verilib. Şirkət Azərbaycanın IT bazarında maraqlıdır. Azərbaycanda 3Com-un rəsmi nümayəndəliyinin açılışı 2008-ci ildə baş tuta bilər. Bu müddətə qədər ölkədə 3Com-un maraqlarını Caspel təmsil edəcək.

Caspel 7 ildən artıqdır ki, sistem inteqrasiya və konsaltinq xidmətləri bazarında işləyir. Sistem inteqrator statusunu saxlayan Caspel nümayəndəlik funksiyasını yerinə yetirir və 3Com-un Azərbaycanda korporativ satışlarını inkişaf etdirir.

3Com şirkəti dövlət sektorunda isətinlən miqyaslı şirkətlər üçün nəzərdə tutulmuş yüksək effektli məhsulların, səs və məlumatların ötürülmə şəbəkələrinin aparıcı tədarükçüsüdür.

Xəbər lenti

Xəbər lenti