...

ITU Azərbaycanın rabitə peyki buraxmaq barədə təklifini qəbul edib

Telekommunikasiya Materials 5 Mart 2007 20:55 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend S.Babayeva/ Martın 20-dən etibarən Azərbaycanın rabitə peyki buraxılması barədə təklifi Beynəlxalq Telekommunikasiya Birliyinin (ITU - International Telecommunication Union) vasitəsilə dünya peyk şirkətləri arasında yayılacaq. Bu barədə məlumatı bazar ertəsi Rabitə və İnforamasiya Nazirliyinin Faliyyətin koordinasiya şöbəsinin baş məsləhətçisi Qulam Abdullayev bildirib.

"Bu çox mühüm məsələdir. Biz buna nail olduq ki, ITU bu təklifimizi qəbul etdi və bunu yaymağı öz öhtəsinə götürdü",-deyə Q.Abdullayev qeyd edib.

Bundan sonara isə 4 ay ərzində şirkətlərlə danışıqlar aparılacaq və texniki məsələlər müzakirə olunacaq.

Mütəxəssisin sözlərinə görə işin tam nəticəsini isə 3-7 il ərzində görmək mümkün olacaq.

"Hazırda Nazirliyə bir çox şirkətlər tərəfindən bu layihədə iştirak etmək üçün müraciət olunub. Müvafiq olaraq bu təkliflərə baxılır",-deyə nazirlik rəsmisi bildirib.

80-100 mln dollar dəyəri olan lahyihənin maliyyə mənbələri isə hələ ki, müəyyən olunmayıb. 2006-cı ildə Rabitə Nazirliyində keçirilmiş toplantıda peykin texniki göstəriciləri müzakirə olunub və yüngül ölçülü peykin hazırlanması məqsədəuyğun hesab olunub.

Xəbər lenti

Xəbər lenti