Azərbaycan, Bakı / müx. Trend S.Babayeva/ "Iskratel" şirkətinin baş direktoru Andrey Polones Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüş zamanı bildirib ki, Sloveniya hökuməti "Iskratel" şirkətinin Azərbaycanda fəaliyyətini təmin etmək məqsədilə xüsusi güzəştli kredit xətti açmağa hazırdır.
Perspektiv əməkdaşlıq, xüsusilə Azərbaycanın telekommunikasiya sektorunun modernləşdirilməsi prosesində "Iskratel" şirkətinin mümkün rolu, ölkənin İT sahəsində investisiyalaşmaya maraq məsələləri müzakirə olunub.
Həmçinin görüşdə Abbasovun bu ilin avqustunda Sloveniyada keçirilcək "Bled Forum"da iştrakı çərçivəsində " Iskratel" şirkətinin zavoduna baş çəkməsi müzakirə olunub.
Tərəflər "Iskratel" şirkətinin Azərbaycanda regional innovasiya mərkəzinin yaradılmasında mümkün iştirakı, həmçinin şirkətin ölkədə regional xidmət mərkəzinin və istehsal xəttinin yaradılması barədə fikir mübadiləsi aparıblar.
Qeyd olunan forum çərçivəsində Azərbaycan və Sloveniya hökumətləri arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq barədə müqavilə imzalanması planlaşdırılır.
" Iskratel" şirkəti müasir telekommunikasiya qərarlarının aparıcı tədarükçülərindən biridir və telekommunikasiya sahəsində 50 ildən çox bir təcrübəyə malikdir.
Şirkət kənd və şəhərətrafı rayonlar üçün telekommunikasiya qərarları, həmçinin informasiya cəmiyyətinin kommunikasiya ehtiyacları üçün kompleks qərarlar işləyib hazırlayır.