...

Dünya Bankı Azərbaycanın poçt şəbəkəsinin müasirləşdirilməsi üzrə layihənin həyata keçirilməsindən razıdır

Telekommunikasiya Materials 19 İyul 2007 13:38 (UTC +04:00)
Dünya Bankı Azərbaycanın poçt şəbəkəsinin müasirləşdirilməsi üzrə layihənin həyata keçirilməsindən razıdır

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Dünya Bankı (DB) Azərbaycan hökuməti ilə birgə "Maliyyə xidmətlərinin inkişafı" layihəsi çərçivəsində maliyyə-bank xidmətlərinin göstərilməsi üçün ölkənin poçt şəbəkəsinin müasirləşdirilməsinə yönələn işləri müsbət qiymətləndirib.

Bu cür fikri Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri ilə görüşdə DB-nin layihə üzrə missiya rəhbəri Maykl Edvard bildirib. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Onun sözlərinə görə, o, "Azərpoçt" DM-də olub və bu ilin altı ayı ərzində layihə çərçivəsində görülən işlərlə tanış olub.

Missiya rəhbəri qeyd edib ki, poçt sahəsinin inkişafına görə Azərbaycanın regionun digər ölkələrinə nümunə olacağına ümid edir.

"Maliyyə xidmətlərinin inkişafı" layihəsi Azərbaycanda "Rabitə və informasiya texnologiyaları sisteminin inkişafı 2005-2008" Dövlət Proqramı ("Elektron Azərbaycan") və "Milli ödəmə sisteminin inkişafı" Dövlət Proqramı (2005-2007) çərçivəsində həyata keçirilir.

DB ilə kredit müqaviləsi 2005-ci ilin 24 mayında imzalanıb. Sənədi rabitə naziri Əli Abbasov və Beynəlxalq İnkişaf Assosiasiyası (DB tərkibinə daxildir) tərəfdən DB Bakı ofisinin rəhbəri Əhməd Cehani imzalayıb.

Layihənin ümumi dəyəri 17,5 mln dollardır. Bu məbləğin 12,5 mln. dollarını DB ayırıb, qalan məbləğ isə Azərbaycan hökumətinin payına düşür.

Xəbər lenti

Xəbər lenti