...

"Azəryolservis" ASC avtomobil yollarının əsaslı təmiri üzrə tender elan edib

Tender müsabiqələri Materials 2 İyul 2011 11:19 (UTC +04:00)
"Azəryolservis" ASC iki avtomobil yolunun əsaslı təmiri üzrə iki lotda tender elan edib.
"Azəryolservis" ASC avtomobil yollarının əsaslı təmiri üzrə tender elan edib

Azərbaycan, Bakı, 2 iyul /Trend/

"Azəryolservis" ASC iki avtomobil yolunun əsaslı təmiri üzrə iki lotda tender elan edib.

Birinci lot Qəbələ-Oğuz (31 kilometr) avtomobil yolunun Qaraməryəm-İsmayıllı-Şəki hissəsinin əsaslı təmirini nəzərdə tutur.

İkinci lot Şəki-Qax (33 kilometr) avtomobil yolunun Şəki-Qax-Zaqatala hissəsinin əsaslı təmirini nəzərdə tutur.

Tenderdə iştirak üçün ərizə və digər sənədlər bu il 18 iyul saat 17:00-dək təqdim olunmalıdır. Tender təklifləri və bank zəmanəti 3 avqust saat 17:00-dək təqdim olunmalıdır. Tender təkliflərinin açılışı 4 avqust saat 12:00-da keçiriləcək.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:

"Azəryolservis" ASC, tel.: (012) 4935138. Elektron poçtun ünvanı: satinalmalar @office.az

Əlaqələndirici şəxs: Əliəvşar Rəhimov.

Xəbər lenti

Xəbər lenti