...

AIMROC Azərbaycanın şimal-qərbində quyuların qazılması üzrə tender elan edib

Tender müsabiqələri Materials 21 Sentyabr 2011 16:19 (UTC +04:00)
AIMROC Azərbaycanın şimal-qərb hissəsində yerləşən Köhnəmədən sahəsində dərinliyi 7500 metrədək olan quyuların qazılması işlərinin görülməsinə dair tender elan edib.
AIMROC Azərbaycanın şimal-qərbində quyuların qazılması üzrə tender elan edib

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir N.İsmayılova/

"Azerbaijan International Mineral Resources Operating Company Ltd" (AIMROC) Azərbaycanın şimal-qərb hissəsində yerləşən Köhnəmədən sahəsində dərinliyi 7500 metrədək olan quyuların qazılması işlərinin görülməsinə dair tender elan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü rəsmi mətbuatda dərc olunmuş məlumatda deyilir.

Məlumata görə, qazma prosesi üzərində müvafiq analizlərin aparılması məqsədilə filiz nümunələrinin çıxarılmasını nəzərdə tutur. Qazma işlərinin 2011-ci il noyabrın ilk ongünlüyü ərzində başlanması və dörd ay ərzində başa çatdırılması planlaşdırılır.

İddiaçılar tenderdə iştirak etmək üçün dəlici, konveyer və anbar sistemlərinin, elektrik enerjisi hasilatı sistemlərinin, eləcə də bəzi yardımçı qurğuların istehsalı sahəsində müvafiq təcrübə və vərdişlərə malik olmalıdırlar.

Maraqlanan şəxslər aşağıdakı ünvana müraciət edə bilərlər: Bakı, Tbilisi prospekti, 49/C (Chiraq Plaza), tel.: 012 499 72 26/27/28.

Tenderdə iştirak etmək üzrə müraciət məktubları 23 sentyabr 2011-ci il, saat 17:30-dək qəbul olunacaq. Tender təkliflərinin təqdim olunması üçün müəyyən olunmuş son müddət: 30 sentyabr 2011-ci il, saat 17:30.

"Azerbaijan International Mineral Resources Operating Co. Ltd (AIMROC) şirkətindən "Qaradağ", "Çovdar", "Göydağ" və "Dağkəsəmən" filiz yataqları və "Köhnə meydan" sahələrinin işlənməsi layihələrinin həyata keçirilməsi nəticəsində 30 faiz gəlir əldə olunacağı gözlənilir. Onlardan mürəkkəb texniki avadanlıqların olmasını tələb etməyən sonuncu yataqda 200 kq-dan 1000 kq-dək qızıl ola bilər.

Xəbər lenti

Xəbər lenti