...

Azərbaycanda avtomobil yolununun yenidən qurulması üzrə tender elan edilib

Tender müsabiqələri Materials 28 Aprel 2012 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir E.İsmayılov/

Ağsu Rayon İcra Hakimiyyəti 2012-ci ildə Ağsu-Çaparlı-Göylər yolunun yenidən qurulması məqsədilə tender elan edib.

Tenderin şətlərinə görə, yenidənqurma ilə bağlı nəzərdə tutulan bütün işlər 2012-ci il 30 dekabradək başa çatdırılmalıdır.

Tenderdə iştirak etmək istəyənlər ərizə və digər sənədləri 2012-ci il 4 iyun saat 17:00-dək təqdim etməlidirilər. Tender təklifləri aşağıdakı ünvan üzrə 12 iyun saat 17:00-dək təqdim olunmalıdır: Azərbaycan, Ağsu şəhəri, N. Tağızadə küç., 5a.

Tender təkliflərinin açılması 13 iyun saat 10:00-da baş tutacaq.

Əlavə məlumatı 0-198-5-53-92 telefon nömrəsi ilə əldə etmək mümkündür.

Xəbər lenti

Xəbər lenti