...

Dövlət Turizm Agentliyi: Hotellərin çoxunda profilaktik tədbirlər həyata keçirilir

Turizm Materials 2 Mart 2020 11:08 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Koronavirusla əlaqədar hotellərin bir çoxu profilaktik tədbirlər həyata keçirirlər.

Bunu Trend-ə Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, profilaktik tədbirlərin həyata keçirilməsi məcburi qaydada deyil:

"Amma bizim aldığımız məlumatlara görə, bir çox hotellər özləri profilaktik tədbirlər həyata keçirirlər. Ümumiyyətlə isə, koronavirusla əlaqədar vahid qərargah yaradılıb. O, bütün müəssisələrə lazımi təlimatlarını verir və məsələni nəzarətdə saxlayır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti