...

Fransa avropalı turistlər üçün iyunun 15-dən sərhədlərini açır

Turizm Materials 13 İyun 2020 06:41 (UTC +04:00)
Fransa avropalı turistlər üçün  iyunun 15-dən sərhədlərini açır

Bakı. Trend:

Fransa hökuməti avropalı turistlər üçün sərhədlərini açmaq qərarına gəlib. Beləliklə, Avropa ölkələrinin vətəndaşları artıq iyun ayının 15-dən Fransaya səfər edə bilərlər.

Trend-in məlumatına görə, bu barədə ölkənin Xarici və Daxili işlər nazirliklərinin kommünikelərində xəbər verilib.

"15 iyun saat 00:00-dan bütün daxili yerüstü, hava və dəniz sərhədlərinin kəsişmələrində məhdudiyyətlər qaldırılır", - kommünikedə deyilir.

Sədnəddə qeyd edilir ki, qərar epidemioloji vəziyyəti və Avrokomissiyanın tövsiyələrini nəzərə alaraq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti