...

Kubada xaricdən gələnlərin təcrid müddəti iki həftəyə qədər uzadılıb

Turizm Materials 11 İyul 2021 08:32 (UTC +04:00)
Kubada xaricdən gələnlərin təcrid müddəti iki həftəyə qədər uzadılıb

Bakı. Trend:

Kuba rəhbərliyi adadakı pisləşən epidemioloji vəziyyətə görə xaricdən respublikaya gələnlər üçün məhdudiyyətləri sərtləşdirib.

Trend-in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə nazirliyinin Epidemiologiya departamentinin direktoru Fransisko Düran deyib.

Xarici turistlər və Kuba vətəndaşları ölkəyə gəldikdə 14 gün təcrid olunacaqlar. Daha əvvəl bu müddətinin yeddi gün təşkil etdiyi qeyd olunur.

Tədbir səyahət göndərişi ilə gələn turistlərə şamil edilmir. Bu yolla gələn səyahətçilərə koronavirus testi verəcəklər və yalnız nəticəsi müsbət çıxdığı halda test mənfi nəticə verənə qədər təcrid olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti