...

Laçın kanat yolu iki hissədən ibarət olacaq - Tural Orucov

Turizm Materials 29 May 2025 13:47 (UTC +04:00)
Laçın kanat yolu iki hissədən ibarət olacaq - Tural Orucov
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Laçın. Trend:

Laçın kanat yolu şəhərin Bulvar ərazisində yerləşəcək və iki hissədən ibarət olacaq.

Bunu Trend-ə açıqlamasında AYNA-nın mətbuat katibi Tural Orucov deyib.

O qeyd edib ki, kanat yolunun hündürlüyü 300 metr, xəttinin uzunluğu isə 1720 metr olacaq, hərəkət müddəti 6 dəqiqə təşkil edəcək.

"Ümumilikdə 17 kabinədən ibarət kanat yolu saatda 800 sərnişinə xidmət edə biləcək. Hər kabin 10 nəfərlikdir. 8 kabin standart olaraq nəzərdə tutulub. Eyni zamanda 6 kabində velosipedlər, 3 kabində isə əlil arabaları üçün xüsusi yerlər olacaq. Kanat yolunda 8 dayanacaq mövcuddur, 3-ü terçonallar qarşısında 5-i isə atalıq dayanacaqlardır. Kanat yolunun yerləşdiyi, uzunluğu 2 kilometrə yaxın olan Bulvar ərazisi bu gün həm yerli sakinlərin, həm də turistlərin sevimli məkanlarından biridir", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti