Bakı. Trend:
İspaniyada alimlər ilk dəfə insan böyrəklərini donuzlara implantasiya etməyə nail olublar və əməliyyat uğurla nəticələnib.
Trend xəbər verir ki, Kataloniya Biomühəndislik İnstitutunun alimləri insan orqanlarının miniatür analoqları – orqanoidlər yaratmaq üçün xüsusi metod hazırlayıblar.
Bu texnologiya biomaterialların funksiyalarını qorumaqla böyrəklərə implantasiya edilməsinə imkan verir.
Tədqiqat zamanı insan böyrəyi analoqları donuz orqanizminə yerləşdirilib. Nəticədə orqanoidlər uğurla uyğunlaşıb, orqanizmin immun sistemi tərəfindən rədd edilməyib və heyvanın daxili orqanları fasiləsiz şəkildə normal fəaliyyətini davam etdirib.
