Bakı. Trend:
Aralıq dənizində 5 maqnitudalı zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, Bakı vaxtı ilə saat 02:33-də baş verən zəlzələnin dərinliyi 9,9 km olub.
Hazırda yeraltı təkanların təsirləri barədə məlumat verilmir.
