...

Veteranlar Təşkilatı: ÜAK-ın ləğvinin arxasında Rusiya-Azəbaycan dostluğunu qəbul edə bilməyən qüvvələr dayanır

Nəzər nöqtəsi Materials 13 May 2017 09:14 (UTC +04:00)
Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi hadisəsinin arxasında Rusiya-Azəbaycan dostluğunu qəbul edə bilməyən müəyyən qüvvələr dayanır.
Veteranlar Təşkilatı: ÜAK-ın ləğvinin arxasında Rusiya-Azəbaycan dostluğunu qəbul edə bilməyən qüvvələr dayanır

Bakı. İlhamə İsabalayeva - Trend:

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı iddianın arxasında Rusiya-Azəbaycan dostluğunu qəbul edə bilməyən müəyyən qüvvələr dayanır.

Bunu Trend-ə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov deyib.

Onun sözlərinə görə, ÜAK ətrafında baş verən proseslər ciddi narahatlıq doğurur.

C.Xəlilov qeyd edib ki, 2001-ci ildə yaradılan bu konqres ötən müddət ərzində Rusiyada yaşayan azərbaycanlıların problemlərinin həllində, onların Rusiya cəmiyyətinə inteqrasiyasında, hər iki xalq arasında dostluq münasibətlərinin inkişafında ciddi işlər görüb: “Əlbəttə, bu işlərin həyata keçirilməsində Rusiyanın müvafiq qurumlarının də dəstəyi olub. Lakin uzun illər ərzində səmərəli işlər aparan konqresin ləğvi narahatlıq doğurur. Respublika Veteranlar Təşkilatı, Azərbaycanın çoxsaylı veteranları Rusiyanın azərbaycanlıların mənafeyinin müdafiəsi, bu ölkə ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində aparılan fəaliyyətini yüksək qiymətləndirir. Amma eyni zamanda konqresin qeydiyyatının ləğvindən narahat olduğumuzu da bildiririk. Bizim qənaətimizə görə, bu xoşagəlməz hadisənin arxasında Rusiya-Azəbaycan dostluğunu qəbul edə bilməyən müəyyən qüvvələr dayanır. Biz inanırıq ki, Rusiyanın müvafiq dövlət orqanları, ölkənin Ali Məhkəməsi məsələni lazımınca araşdıracaq və hər zaman qanun çərçivəsində fəaliyyət göstərən konqresin xaqlar arasındakı dostluq münasibətlərinin möhkəmləndirilməsi rolu nəzərə alınacaq. Bu məhkəmənin qərarının ədalətli olacağına şübhəmiz yoxdur”.

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin ÜAK-ın qeydiyyatının ləğv edilməsi iddiası ilə bağlı məhkəmə prosesi keçiriləcək.

.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti