Əli Həsənov: 50 nəfərlik piketi idarə edə bilməyənlər xalqın və dövlətin məsuliyyətini necə daşıya bilərlər?

Əli Həsənov: 50 nəfərlik piketi idarə edə bilməyənlər xalqın və dövlətin məsuliyyətini necə daşıya bilərlər?

Bakı. Trend:

Azərbaycan Respublikasında vətəndaşların sərbəst toplaşmaq azadlığı Konstitusiyanın 49-cu maddəsi ilə və digər qanunvericilik aktları ilə tənzimlənir. Konstitusiyamıza görə, hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı, müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır.

Azərbaycan hakimiyyətinin sərbəst toplaşmaq azadlığına baxışı “cəmiyyətin iradəsi təkcə dövlət qurumlarından xalqa doğru deyil, daha çox xalqdan dövlət qurumlarına sirayət etməlidir” fəlsəfəsinə əsaslanır. Bu mənada, hakimiyyət heç zaman vətəndaşların sərbəst toplaşmasına, öz fikir və rəylərini açıq ifadə etməsinə mane olmayıb, istər paytaxt Bakıda, istərsə də bölgələrimizdə insanların bir araya gələrək kollektiv düşüncələrini ifadə etməsinə daim şərait yaradıb. Lakin o da nəzərə alınmalıdır ki, heç bir ölkədə ayrı-ayrı qurumların vətəndaşların toplantı və nümayiş hüququndan bəhrələnərək istədiyi zaman və istədiyi məkanda aksiya keçirməsi təcrübəsi mövcud deyil. Çünki bütün dünya ölkələrində hakimiyyət orqanları insanların etiraz hüququna şərait yaratmaqla yanaşı, həm də qanunların tələblərinə əməl olunmasına, aksiyaların təhlükəsizlik və ictimai asayişin təmin edilməsinə, vətəndaşların dinc yaşayış və istirahət hüququna, nəqliyyatın ahəngdar fəaliyyətinə maneçilik törətməməsinə və digər məsələlərin həllinə görə də məsuliyyət daşıyırlar. Buna görə Azərbaycanda da, digər ölkələrdə olduğu kimi, təşkilatların siyasi fəaliyyət azadlığına, insanların sərbəst toplaşmaq hüququna xüsusi önəm verilməsinə baxmayaraq, beynəlxalq standartlara uyğun olaraq, aksiyaların təşkil edilməsi proseduru ilə bağlı müəyyən şərtlər, qadağalar, qanunların pozulduğu təqdirdə isə hüquqi sanksiyalar mövcuddur.

Bütün bunlar sadə reallıqdır, siyasətlə məşğul olan hər kəsin bildiyi və bilməli olduğu gerçəklikdir. Ancaq çox təəssüflər olsun ki, 25 ildən artıqdır ki, Azərbaycanın bir çox radikal müxalifət dairələri, onların sırasında Əli Kərimlinin rəhbərlik etdiyi AXCP bu sadə həqiqəti dərk etmək istəmir, təşkil etdikləri etiraz tədbirlərini cəmiyyətin ümumi maraqlarını, rifahını ifadə edən vətəndaş aksiyası kimi deyil, iğtişaşlar və hərc-mərclik vasitəsi kimi istifadə etməyə çalışırlar. Müstəqillik dövründə biz dəfələrlə şahid olmuşuq ki, 1990-cı illərdə həmin insanların iştirakı ilə formalaşmış stereotiplər, öz məqsədinə çatmaq üçün istənilən vasitəni məqbul hesab etmək mərəzi, geniş xalq kütləsinin istəyinə və mövqeyinə hörmətsizlik, dövlət əmlakına ziyan vurmağa çalışmaq və s. xüsusiyyətlər radikal və dağıdıcı müxalifətə rəhbərlik edən belə şəxslərin psixologiyasının mühüm bir elementinə çevrilib və artıq özünü qeyri-şüuri formada büruzə verir. Ən acınacaqlısı isə budur ki, ötən dövr ərzində ölkəmizdə yüksələn ictimai şüur da bu radikalların dağıdıcı instinktlərini sağalda, dəyişə və çağdaşlaşdıra bilməyib.

Bəli, bu gün dünya da, Azərbaycan da sürətlə dəyişir. Müxtəlif ölkələrdə müxalif qüvvələr siyasi marketinq və innovativ texnologiyalar vasitəsilə öz tərəfdarlarının sayını, elektoral dəstəyini artırır, özlərinin ənənəvi müxalifət bazasından kənardakı sosial seqmentlərə xitab edərək hərəkətə gətirir və bununla təşkilatlarının rəqabət qabiliyyətini gücləndirirlər. Lakin bizim haqqında söhbət gedən müxalifət dairələri dünyada və onun bir parçası olan Azərbaycanda dəyişən reallıqlara qətiyyən adekvat reaksiya göstərə bilmir, öz konstruktiv fəaliyyətləri ilə siyasi palitranı zənginləşdirib, keyfiyyət və məziyyətlərini yeniləməkdə acizdirlər. Təbii ki, xalq da onların hərəkətlərini görür, təhlil edir, müqayisə aparır və bir daha qəti qənaətə gəlir ki, onun maraq və mənafelərinin ən ideal təmsilçisi, sosial təkamül prosesindəki bayraqdarı bu siyasi düşərgələrdə fəaliyyət göstərən şəxslər deyil, məhz Prezident İlham Əliyev və onun iqtidarıdır. Məhz elə bu səbəbdən də müdrik xalqımız radikal müxalif düşərgəsinin nə zamansa dəyişəcəyinə, müasir dövrün tələblərinə uyğun yenidən təşkilatlanacağına inanmır, ayrı-ayrı siyasi qrupların özünü “lider” adlandırmaqdan zövq alan personalarının sosial şəbəkələrdəki “bloqqer inqilabları”na biganə yanaşır və onlara hakimiyyət mandatı verməyi ağlına belə gətirmir.

Budur, AXCP-yə sədr olduğu 20 ilə yaxın bir müddətdə, hətta ona etimad göstərmiş partiya funksionerlərini və fəallarını öz ideoloji-siyasi məhvərində saxlaya bilməmiş, didişmə, parçalanma və tənəzzüldən başqa partiyaya heç nə “bəxş etməmiş” Əli Kərimlinin “siyasətçi qabiliyəti”. Elə bu “qabiliyət”in nəticəsidir ki, Bakı şəhər İcra Hakimiyyətinin paytaxtın Lökbatan massivində ayırdığı meydana aparmağa tərəfdar tapmır, patoloji həddə çatmış “tükənmişlik sindromu”nu ört-basdır etmək üçün təyin etdiyi 50 nəfərlik piketi belə doğru-düzgün təşkil edib keçirə bilmir. Piketin təyin oldunduğu ərazinin ətrafında lokal qrupların qarşıdurma yaratmaq cəhdləri, ətrafdan keçən insanlara, polisin qanuni tələblərinə hörmətsizlik, fərqli fikirdə olan insanlara qarşı dözümsüzlük və piketdən sonra nümayiş etdirdikləri yolverilməz hərəkətlər, etik normalardan uzaq şüarçılıq və s. kimi hərəkətləri görən hər bir vətəndaşda təbii sual yaranır: öz partiyasını və maksimum 50 nəfərin iştirak etməli olduğu bir piketi idarə edə bilməyən “liderlər” xalqın və dövlətin məsuliyyətini necə daşıya bilər? Xalqımız onu da yaxşı bilir ki, bunlar xarici anti-Azərbaycan mərkəzlərindən aldığı maliyyənin şirəsi ilə Azərbaycan hakimiyyətinə “diş qıcayırlar”. Ancaq həqiqət budur ki, “qıcanan bu dişlər” kəskin kariyesə məruz qalıb, onların stomatoloji müayinə və müalicəsinə böyük ehtiyac var. Belə təşəbbüsü, təbii ki, yeni nəsil irəli sürməlidir və yəqin ki, sürəcəkdir. Hakimiyyəti və müxalifəti bütün zamanlarda və bütün ölkələrdə xalq formalaşdırır. Odur ki, siyasi sistemin önəmli bir parçası olan müxalifətin Azərbaycanda da yenidən formalaşmasına, günün tələblərinə uyğun olaraq yenilənməsinə, xalqın istək və arzusuna uyğun instituta çevrilməsinə böyük ehtiyac hiss olunur. Ölkəmizi və xalqımızı təmsil edən hər bir siyasi partiyanın gələcək milli müqəddəratımızı həll edə biləcək effektiv təsisata, ümummilli məsələlərin həlli ilə bağlı rasional təkliflər verə biləcək düşüncə mərkəzinə və təkmil idarəçilik institutuna çevrilməsi, müxalif düşərgənin başdan-başa yenilənməsi, müasir, vətənpərvər, bacarıqlı gənclərin önə çıxması ictimai həyatımızın ən vacib məsələlərindən biri olaraq qalır.

Əli Həsənov
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi

Aprelin 7-də xarici valyutaların manata qarşı məzənnələri
Aprelin 7-də xarici valyutaların manata qarşı məzənnələri
Aprelin 6-da xarici valyutaların manata qarşı məzənnələri
Aprelin 6-da xarici valyutaların manata qarşı məzənnələri
Aprelin 3-də xarici valyutaların manata qarşı məzənnələri
Aprelin 3-də xarici valyutaların manata qarşı məzənnələri
Loading Bars
Xəbər lenti
Daha bir ölkədə koronavirusdan ilk ölüm qeydə alınıb
Paraqvay məhkəməsi Ronaldinyonu ev dustaqlığına göndərib
Tramp növbəti həftənin ABŞ üçün ağır olacağını bildirib
ABŞ-da sutka ərzində 1,7 min nəfər koronavirusdan ölüb
Çində koronavirusa yoluxanların 95 faizə qədəri sağalıb
"Twitter"in rəhbəri pandemiya ilə mübarizəyə 1 milyard dollar ayırıb
ABŞ-ın müdafiə naziri HDQ-yə yeni rəhbər təyin edib
ABŞ ÜST-ün büdcəsinə ödənişləri dayandıra bilər
Özbəkistanda koronavirusa yoluxanların sayı 520 nəfərə çatıb
Netanyahu bir daha koronavirus testindən keçib
Dünyada koronavirusdan ölənlərin sayı 81 mini ötüb
"Mançester Yunayted" 16 yaşlı qapıçı ilə müqavilə imzalayıb
Bakıda mənzildə qadın meyiti aşkarlanıb
Musa Quliyev: Ölkəmizdə koronavirus müayinəsi aparmaq üçün geniş imkanlara malik laboratoriyalar var
"Fromula-1" üzrə Kanada Qran Prisi təxirə salındı
Çox narahat idim, çünki 8 il yaşayacağıma ümidim yox idi - Əfv edilən məhkum
Arzu Nağıyev: Dövlət koronavirusla mübarizəni kompleks şəkildə həyata keçirir (VİDEO)
Fransada koronavirusdan ölənlərin sayı 10,3 mini ötüb
Heydər Əliyev Mərkəzindən İrana dəstək (VİDEO)
Nazirlər Kabineti işsizlərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasını təsdiq edib
Koronavirusla mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddəti uzadılıb
İşsizlikdən sığorta ödənişinin verilməsi müddəti uzadılıb
Türkiyədə koronavirusdan ölənlərin sayı 725-ə çatıb
Bakıda mənzildə 1 nəfərin meyiti aşkarlanıb
Lerikdə ferma yandı
Əfv edilən məhkum: Cənab Prezidentin əfv sərəncamı mənə və ailəmə əsl sevinc yaşatdı
Bakıda cibgirlik edən şəxs tutulub
Norveç Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i tanımır
Aleksandr Lukaşenko: Koronavirusa yoluxanları şəxsən müalicə etməyə hazıram
Bakıda piyadanı vurub qaçan avtobus sürücüsü saxlanılıb
“Virtual məktəb” layihəsi üzrə 150 min şagird qeydiyyatdan keçib
Sevinc Fətəliyeva: Dövlətin belə məhkumları əfv etməsi onların özlərinə olan inamını artırır
Astara gömrük postunun əməkdaşları aztəminatlı ailələrə ərzaq yardımı ediblər (VİDEO)
Sahil Babayev: Fərdi sahibkarlar üçün DSMF-yə ödəmələr müəyyən qədər yüngülləşdirilə bilər
Əfv olunan şəxslər iki həftəlik istirahət mərkəzinə yerləşdirilir
Sahil Babayev: Xüsusi karantin rejimi uzansa, birdəfəlik ödəmələr davam etdiriləcək
Azərbaycanla Gürcüstan arasında yük daşımaları xüsusi protokol əsasında həyata keçirilir
“Nar” şəbəkəsi ölkəni fasiləsiz və yüksəksürətli internetlə təmin edir
Azərbaycan koronavirus infeksiyası ilə bağlı müayinələrin sayına görə dünyada liderlər sırasındadır
AzMİU-nun magistratura pilləsində də onlayn təhsilə start verilib (FOTO)
Lənkəranda mina və qumbara partladıcısı tapılıb (FOTO)
ÜST ölkələri tibb bacılarının fəaliyyətinə və inkişafına investisiya qoymağa çağırır
Sahil Babayev: Karantin dövründə bütün bankomatlarda sosial ödənişlər üçün faiz tutulmayacaq
İşsiz şəxslərin elektron qaydada müraciəti üçün qeydiyyat günləri açıqlanıb
Azərbaycanda işsizlikdən sığorta mexanizminin daha da sadələşdirilməsi nəzərdə tutulur
Azərbaycanda hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxana quraşdırılacaq - SƏRƏNCAM
Aprelin 1-dən sonra da işsiz statusu alanlara birdəfəlik ödəmələr veriləcək
DİN: SMS məlumatlarını saxtalaşdıran şəxs həbs edildi (VİDEO)
Aprelin 8-də dolların manata qarşı məzənnəsi
Dövlət Komitəsində videoqəbullar davam etdirilir (FOTO)
ÜST-dən pandemiya zamanı məhdudiyyətlər barədə çağırış
Hikmət Babaoğlu: "Milli Şura" adlandırılan marginal qrupun bəyanatında yer alan fikirlər siyasi mənəviyyatsızlıqdır
Pensiya və sosial ödənişlərin veriləcəyi VAXT açıqlandı
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb
Afrikada koronavirusa yoluxanların sayı 10 min nəfəri ötüb
Bərdədə karantin rejimini pozan 5 nəfər həbs edilib, 189 nəfərə xəbərdarlıq olunub
İcazəsiz quş ovlayan şəxs cəzalanıb
OPEC+ ölkələri neft hasilatının azaldılmasını müzakirə edəcəklər
FHN dezinfeksiya işlərini davam etdirir (VİDEO)
Azərbaycanda daha 76 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü - Operativ Qərargah
Adil Əliyev: Əfv sərəncamı həssas qrupa daxil olan insanlara münasibətdə humanist bir addımdır
Koçaryan Paşinyanı məhkəməyə verib
Vüqar İskəndərov: Məhkum edilmiş şəxslərin əfv edilməsi ümumi ictimai həmrəylik baxımından əlamətdar hadisədir
Vüqar Rəhimzadə: Azərbaycan dövlətinin bu addımları demokratik dəyərlərə sadiqliyin nümunəsi kimi də qiymətlidir
IATA bütün ölkələri sərnişinlərə pul əvəzinə depozit vauçerləri təqdim olunmasına icazə verməyə çağırıb
DİN Bakıda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası barədə məlumat yayıb
Ombudsman Səbinə Əliyeva əfv sərəncamının icrasında iştirak edib (FOTO)
Ötən gün 14 cinayətin üstü “isti izlər”lə açılıb
Dövlət Miqrasiya Xidməti ölkəmizdə yaşayan əcnəbilərə səslənib (VİDEO)
Pərvin Kərimzadə: Əfv aktı dövlət siyasətinin əsasını insan amili təşkil etdiyini yenidən gündəmə gətirdi
Azay Quliyev: Prezident İlham Əliyevin əfv sərəncamı hər bir vətəndaşın sağlamlığına göstərilən qayğının təcəssümüdür
DİN: “8103"ə 90 dəfə sms göndərən ata və azyaşlı oğlu müəyyən edilib (FOTO/VİDEO)
"WhatsApp" ismarıcların göndərilməsinə məhdudiyyət qoyub
Naqif Həmzəyev: Ölkə başçısının əfv fərmanı ali humanistlik siyasətinin daha bir təsdiqidir
Beynəlxalq Muğam Mərkəzindən #Evdəqal kampaniyasına töhfə (VİDEO)
Təbiətə ziyan vuran şəxs cəzalanıb
İsmayıllıda naməlum kişi meyiti tapılıb
Emin Hacıyev: Ermənistanın fəlakətdən qaçması mümkün deyil
Məşğulluq Mərkəzləri tərəfindən vətəndaşların qəbulu dayandırılıb
Gömrük xidməti daha bir sosialyönümlü videoçarx hazırlayıb (VİDEO)
Şahmat üzrə onlayn respublika birinciliyi keçirilib
Çinin Cek Ma və Alibaba fondları COVID–19 ilə mübarizə üçün Azərbaycana tibbi humanitar yardım göndərib (FOTO)
İspaniyada koronavirusdan ölənlərin sayı yenidən artdı
Kürdəmirdə birmərtəbəli ev yanıb
Əfvin icrası başa çatdı
Siyavuş Novruzov: Prezident İlham Əliyevin növbəti əfv sərəncamı vətəndaşlarına yüksək dəyər verməsinin daha bir ifadəsidir
Yaponiyada fövqəladə vəziyyət elan edilib
Səbail rayonunda dezinfeksiya tədbirləri davam edir (FOTO)
İranda epidemiya qurbanlarının sayı artıb
Respublika Seysmoloji Xidmət Mərkəzi gücləndirilmiş rejimdə işləyir (FOTO)
İlk zərbəni öz üzərinə gömrükçülər götürdü
Dövlət başçısı humanist addım ataraq bizə azadlıq bəxş etdi - Əfv edilən məhkum
Azərenerji “Biz sizin üçün işləyirik. Siz bizim üçün evdə qalın!" videoçarxı yayıb
Baş infeksionist xüsusi karantin rejiminin müddəti barədə danışıb
OPEK+ ölkələri nazirlərinin iclasının vaxtı açıqlanıb
Meksika XİN Pasxa bayramı ərəfəsində vacib olmayan səfərlərdən çəkinməyə dair çağırış edir
SOCAR Rumıniyada 6 yanacaqdoldurma məntəqəsinin icarə hüququnu əldə edib
Sabaha olan hava proqnozu açıqlanıb
Yaponiya 20 ölkəyə koronavirusa görə dərman təhvil verəcək
İranda bu gündən ictimai distansiya başlanır
Bütün xəbərlər