Azərbaycan, Bakı, 15 may /Trend, müxbirlər E.Mehdiyev, V.İmanov/
Rumıniyanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edən "Mandinga" qrupunun üzvləri "Bakı Kristal Zalı"nın mətbuat mərkəzinin qarşısında fleşmob keçiriblər.
Trend-in məlumatına görə, yerli və xarici jurnalistlərin də qatıldığı fleşmobda qrup üzvləri hamı ilə birgə müxtəlif rəqs hərəkətləri ilə müsabiqədə ifa edəcəkləri "Zaleilah" mahnısını oxuyublar.
Daha sonra qrup üzvlərindən biri Azərbaycan dilində azərbaycanlıları müsabiqədə onlara səs verməyə çağırıb.
Rumıniyanı "Eurovision"da təmsil edən qrup fleşmob keçirib (FOTO)
Rumıniyanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edən "Mandinga" qrupunun üzvləri "Bakı Kristal Zalı"nın mətbuat mərkəzinin qarşısında fleşmob keçiriblər.
