...

"Bakı Kristal Zalı"nın səhnəsində Malta gecəsi (FOTO)

Eurovision-2012 Materials 19 May 2012 15:10 (UTC +04:00)
"Bakı Kristal Zalı"nın səhnəsində Maltanın "Eurovision 2012" təmsilçisi Kurt Kalleyanın məşqi keçirilib. Trend-in məlumatına görə, müğənni ikinci yarımfinalda "This Is The Night" ("Həmin gecə") kompozisiyası ilə çıxış edəcək.
"Bakı Kristal Zalı"nın səhnəsində Malta gecəsi (FOTO)

Azərbaycan, Bakı, 19 may /Trend, müxbirlər E.Mehdiyev, V.İmanov/

"Bakı Kristal Zalı"nın səhnəsində Maltanın "Eurovision 2012" təmsilçisi Kurt Kalleyanın məşqi keçirilib. Trend-in məlumatına görə, müğənni ikinci yarımfinalda "This Is The Night" ("Həmin gecə") kompozisiyası ilə çıxış edəcək.

Kurt Kalleya Azərbaycanın "Eurovision" milli seçim turunun finalında fəxri qonaq kimi çıxış edib, milli telekanalların qonağı olub. Daha sonra Maltada promo turda olan "Eurovision 2012"-nin azərbaycanlı təmsilçisi Səbinə Babayeva ilə öz vətənində görüşüb.

Kurt Kalleya "Eurovision 2012"-də iştirakdan sonra öz planlarını açıqlayıb. "This is The Night" müsabiqə mahnısının müəllifləri ilə birgə o, yeni kompozisiya təqdim etməyə, eləcə də "Eurovision 2011"-in qalibi Eldar Qasımovla birgə klip çəkməklə layihə reallşdırmağa hazırlaşır.

Xəbər lenti

Xəbər lenti