...

ARDNŞ yeraltı qaz anbarlarına 2 milyard kubmetrdən çox qaz vurub

Ekspert Şurası Materials 9 İyul 2011 11:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Hazırda Azərbaycanın yeraltı qaz anbarlarındakı qaz ehtiyatlarının həcmi iki milyard kubmetri ötür. Bu barədə Trend-ə neft-qaz sahəsindəki mənbə məlumat verib.

Qazın vurulması mövsümünün başladığı vaxtdan Azərbaycanın yeraltı qaz anbarlarına 850 milyon kubmetrdən çox qaz vurulub.

Hazırda ölkə iki - "Qaradağ" və "Qalmaz" yeraltı qaz anbarlarına malikdir.

Azərbaycanın yeraltı qaz anbarlarındakı qazın 1,14 milyard kubmetrdən çoxu ötən mövsümdən qalıb.

"İndi qaz anbarlarına sutka ərzində 9 milyon kubmetrə yaxın qaz vurulur", - mənbə bildirib.

Onun sözlərinə görə, bu il qaz anbarlarına vurulan qazın həcminin ötənilki səviyyədə olacağı gözlənilir, lakin mənbə onun artırılması imkanını istisna etmir.

Qaz anbarlarına qazın vurulması mövsümü sentyabr-oktyabrda gözlənilir.

Ötən mövsümdə ölkənin yeraltı qaz anbarlarından 1,92 milyard kubmetrə yaxın qaz götürülüb.

2010-2011-ci illərdə qazın vurulması mövsümünün başa çatmasının yekunları üzrə ölkənin yeraltı qaz anbarlarında qaz ehtiyatlarının həcmi 3,05 milyard kubmetr təşkil edib.

Xəbər lenti

Xəbər lenti