Gürcüstan, Tbilisi / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan Birləşmiş müxalifəti (BM) gunorta saat 2-də Tbilisidə İctimai yayımın yaxınlığında etiraz aksiyası keçirəcək.
Prezidentliyə namizəd Levan Qaçeçiladzenin qərargahından verilən məlumata görə, aksiyada prezidentliyə namizəd özü də iştirak edəcək.
Təşkilat müxalifətin gənclər qolundan yaradılıb. Onlar Gürcüstandakı proseslərin "Birtərəfli" işıqlandırılmasına qarşı etiraz edirlər. Qaçeçiladze bu gün keçirdiyi brifinqin İctimai yayımın tam olaraq yayımlamadığına təəssüflənib.
Birləşmiş müxalifətin aksiyasında BM-nın digər liderləri də iştirak edəcəklər.