...

Vena şəhərində "Sükut gecəsi" başladı

Dünya xəbərləri Materials 13 Mart 2008 01:58 (UTC +04:00)

Venanın Heldenplatç meydanında, Xofburq sarayı qarşısında çərşənbə günü axşam saatlarında 80 min şam yandırlmışdır. Burada, Avstriyanın faşist Almaniyasına birləşməsinin 70 illiyinə həsr edilmiş tədbir başlamışdır.

Minlərlə avstriyalı meydana gəlib "Sükut gecəsi" tədbirinə qatıldı. Onlar, faşist rejiminin qurbanları olmuş 80 min avstriyalı və 65 min yəhudinin xatirəsinə şamlar yandırdılar.

Keçirilən matəm tədbiri, 70 il bundan qabaq Heldenplatç meydanında Almianiyaya birləşmək tədbirinin tam əksi idi.

Tədbir səhər saat səkkizə kimi davam edəcək.

Böyük ekranda iki saniyyə intervalı ilə faşistlərin qurbanı olan insanların adları bir bir göstəriləcək. Bu barədə RİA Novosti xəbər verir.

Xəbər lenti

Xəbər lenti