...

Dünya institutları yeni siyasətə münasibətlərini dəyişməlidir – Qırğızıstan prezidenti

Dünya xəbərləri Materials 7 İyun 2008 15:05 (UTC +04:00)
Dünya institutları yeni siyasətə münasibətlərini dəyişməlidir – Qırğızıstan prezidenti

Azərbaycan, Bakı, 07 iyun / Trend , A.Bədəlova/ Dünya likvidlik böhranı, enerji daşıyıcıları dəyərinin artması, ərzaq qiymətlərinin qlobal korreksiyası dünyanın bir çox ölkələri, xüsusən də keçid iqtisadiyyatında olan dövlətlərin stabil inkişafı üçün əsl çağırışa çevrilib. Bu barədə şənbə günü Sank-Peterburqda keçirilən XII Beynəlxalq İqtisadiyyat Forumunda Qırğızıstan Respublikasının prezidenti Kurmanbek Bakıyev bildirib.

"Dünya iqtisadiyyatında həyəcan tendensiyaları təkcə maliyyə deyil, iqtisadi problemlər də törədir, həmçinin sadə vətəndaşların ərzaq təhlükəsizliyi üçün təhlükə yaradır. Bu ciddi çağırışdır, hər şeydən əvvəl az inkişaf edən ölkələr üçün", - deyə Bakıyev bildirib.

Prezidentin sözlərinə görə, iqtisadi yaşam təkcə kiçik dövlətlərin işi deyil, ümumi problemdir.

"Bu gün Qırğızıstanda malik olduğumuz ehtiyatlardan maksimum və səmərəli istifadəyə əsaslanan yeni iqtisadi model formalaşır", - deyə o bildirib.

Bakıyevin sözlərinə görə, qlobal institutlar və dünyanın aparıcı iqtisadçıları təkcə öz göstəricilərinin yaxşılaşdırılmasına görə deyil, həm də planet əhalisinin böyük hissəsinin həyat səviyyəsinin yaxşılaşdırılmasına görə məsuliyyət daşımalıdır.

"Qlobal institutlar dövlətlərin siyasi, iqtisadi, demoqrafik və ərzaq sahələrində qlobal stabillik strategiyasının təmin edilməsini nəzərə almaqla yeni siyasətə yanaşmalarını dəyişməlidir", - deyə prezident bildirib.

Qırğızıstan rəhbərinin sözlərinə görə, hazırkı problemlər BMT-nin himayəsi altında yaşam və dövlətlərin inkişafı üçün imkanların tapılmasına cəhd kimi qiymətləndirilən qlobal iqtisadi proqramın yaradılmasına dair məsələni gündəliyə çıxarıb.

"Bizim regional strukturlarımız dünyada yeni iqtisadi nizam-intizamın yaradılmasına başlanması istiqamətində təşəbbüsçü kimi çıxış edə bilər", - deyə Bakıyev bildirib.

Xəbər lenti

Xəbər lenti